Necə kömək edə bilərik?

Məhsul haqqında ümumi anlayış:
Aromatik izosianatla modifiyə edilmiş alkid əsaslı, antiseptik əlavəli, bir komponentli parlaq parket lakıdır.Şəffafdır, taxtanın təbii rəngini dəyişmir.Muflon sellulozik dolgu ilə astarlanmış səthlərin üzərinə vurularkən sürtünməyə müqavimətini , dekorativ görkəmini və parlaqlıgını uzun müddət qoruya bilir. Ev təmizlik işlərində istifadə edilən maye və səthi aktiv maddələrə dayanıqlıdır. Tez quruyur, səthə yaxşı yayılır və möhkəm yapışır, göbələyə, ziyan verici böcəklərə və qurtlamaya qarşı dayanıqlıdır.
Tətbiq sahəsi:
Muflon parket lakı qorunması tələb olunan hər cür taxta məmulatların və müxtəlif çeşidli parketlərin üzərinə dekorativ və qoruyucu örtük olaraq istifadə edilə bilər. Daxili məkan üçün nəzərdə tutulub.
Texniki
göstəricilər: Rəngi: Şəffav, rənqsiz
Parlaqlıq dərəcəsi: ≥90% (600)
Quru çöküntü: 52-54% (аğırlıqca), 45-47% (həcmcə)
Qalınlıq: 30-40 mikron quru halda qalınlıq nəm
65-80 mikron qalınlığa ekvivalentdir.
Nəzəri sərf norması: 10-12 m²/litr (səthin özəlliyinə baglı)
Praktiki sərf norması: Faktiki itgilər nəzərə alınmalıdır.
Rəngləmə qaydası: Havasız püskürtmə, fırca, rulo
Quruma müddəti:                                                                Növbəti qatın rənglənmə müddəti
Temperatur     toz quruma      tam quruma       minimum müddəti        maksimum müddəti
_____________________________________________________________________
10ºC                  12 saat                36 saat             12 saat                   məhdud deyil
15ºC                    8 saat                30 saat               8 saat                    məhdud deyil
25ºC                    6 saat                24 saat               6 saat                    məhdud deyil
 
Tənzimləyici məlumatlar:
Alışma temperaturu : 33ºC
Məhsulun sıxlıgı: 0,91- 0,93 kq/litr
Özlülüyü, 25ºC,Din cap 4 : 150-180 saniyə
UAB(uçucu üzvi birləşmələr) : ortalama 530 q/litr (UK-PG6/23(92)
Səthinin hazırlanması:
Taxta səth ən əvvəl cila makinası ilə cilalanıb tozdan silinib təmizlənməli, səthin üzərində kir, yağ və ləkələr olduqda səthi aktiv maddə ilə və ya kimyəvi maddə ilə təmizlənməli və sonra duru su ilə bir daha silinməlidir.Muflon Parket lakı vurulan səth quru və təmiz olmalıdır. Cilalanıb təmizlənmış səth qaralmamaq üçün dərhal dolqu ilə və yaxud parket lakının özü ilə bir qat astarlanıb zamana buraxila bilər. Astarlanmış səthə 24 saat sonra Muflon Parket lakı vurula bilər. Lak vurulmazdan əvvəl səth yüngül cilalanmalı, tozdan təmizlənməli və sintetik tinerlə silinib səth azacıq yumşaldılmalıdır ki, son qat lak səthə möhkəm yapışsın.
Uygulama vasitələri: Havasız püskürtmə, təbii fırça, tüksüz diyircəkli fırça
Durulaşdırma nisbəti: 4-5% Muflon Sintetik tinerlə durulaşdırılır.
Tövsiyə edilən astarlar: Muflon taxta qoruyucular rəngsiz və rəngli də ola bilir,
Muflon sellulozik dolgu lakı, İki komponentli Poliuretan
Dolgu lakı. İstənilən astar 1 və ya 2 qat vurula bilər.
Vurulma qaydaları:
Cilalanmış, tövsiyə edilən astarlarla astarlanmış səth yüngül narın zımpara ilə cilalanlanıb matlaşdırılmalı, silinməli və qurudulmalıdır. Muflon Parket lakı lazımı qədər sintetik tinerlə durulaşdırılır, homogen olana qədər qarışdırılır və seçilmiş uygulama vasitəsi ilə istənilən görüntüyə baglı səthə 3-4 qat vurula bilər. Qatlar arası müddət gözlənilməlidir.
Uygulamada diqqət edilməli şərtlər:
= Muflon Parket lakı istifadə edilməzdən əvvəl öz qutusunda homogen hala gələnə qədər qarışdırılmalıdır;
= Ortam temperatur +5ºC +35ºC olması tövsiyə edilir;
= Qatlar arası gözləmə 5-6 saatdan çox olarsa səth narın zımpara ilə yüngül cilalanmalı və silinməlidir;
= Uygulanan səth quru , təmiz və tozsuz olmalıdır;
= Uygulamada təbii ,yumşaq tüklü fırçadadan istifadə edilməli;
= İş günü ərzində tam istifadə edilməyən lak qutuları qapaqla kip baglanmalı , təhlükəsiz yerdə saxlanmalıdır;
= İşin sonunda uygulama vasitələri və avadanlıq sintetik tinerlə yuyulub təmizlənməlidir,istifadə edilmiş tiner ayrı qaba yıgılmalıdır;
= Təhlükəsizlik tədbirlərinə əsasən tullantılar və istifadə olmuş boş lak qutuları ətraf mühitdən təcrid olunaraq, xüsusi ayrılmış yerlərdə saxlanmalıdır, tullantılar kanalizasiyaya atılmamalıdır;
= Tövsiyə edilən və diqqət edilməli şərtlərə riayət edilməlidir.
Saxlama şərtləri:
Günəş işıgı düşməyən və havalandırması olan məkanlarda agzı kip baglı orijinal qablarda,
0-350C temperatur altda, qılcım çıxma olmayan ortamlarda saxlama müddəti 3 ildir.
Qablaşdırma: 0,75lt.; 2,5lt.; 12lt paslanmaz qablarda
Öncə görülən təhlükəsizlik tədbirləri:
Muflo0n Parket Lakı əsasən sənaye məişət tikintiləri üçün nəzərdə tutulduğuna görə sifarişçiyə məhsulla birlikdə təhlükəsizlik tədbirləri haqqında təlimatlar təqdim olunur. Laklama işləri aparılan zaman ortamda insan orqanizminə təsir edə bilən sintetik tinerin qoxusu yayıla bilir.Belə hallarda xüsusi qoruyuculardan və ventelyasiya sistemindən istifadə edilməlidir ,ortam havalandırılmalıdır.
Saglamlıq və təhlukəsizlik şərtləri:
Təhlükə xəbərdarlıqları:
R 10: Alovlana bilər. Parlama nöqtəsi 33ºC
R 20/21/ 22: Udulduqda, dəri və tənəffüs ilə təmasda olduqda saglıga ziyandır.
R 36/37/38 : Qoruyucu eynək və respiratordan istifadə edin.
R 51: Yalnız yaxşı havalandırması olan yerdə istifadə edin
Təhlükəsizlik xəbərdarlıqları:
S 2: Uşaqlardan uzaq yerdə saxlanılmalı.
S 3/7/9 : Sərin yerdə , agzı qapalı, orijinal qablaşdımada saxlanılmalı.
S 16: Yanıcı mənbələrdən uzaq saxlanılmalı.
S 24/25: Göz ,üz və dəri ilə təmasda olmasından qorununulmalı.
S 29: Kanalizasiya və su kanallarına atılmamalı.
S 46: Dəriyə və gözə düşdükdə cox miqdarda su və sabunla
yuyulmalı, udulduqda həkimə müraciyət edilməlidir
Diqqətinizə çatdırılır:
Məhsuldan istifadə edən şəxslər bu sahə üzrə mütəxəssis olmalı və əlavə məlumatları tam bilməlidir. İlk dəfə istifadə etdikdə istehsalçı ilə məsləhətləşməli və nəzəri məlumatları əldə etmək, təlimatlarlı oyrənmək vacibdir.
Bənzər məhsullar
Sintetik mat
Əlaqə qurun

+99450 201-99-22 / +99455 201-99-22 / e-mail: marketing@nbgroup.az

veb saytların hazırlanması, veb sayt dizaynıseo xidməti, google optimizasiyası

sizma tualet su sızır turba sızıntı kombi təmir xidmət usta boru ev Santexnik