Necə kömək edə bilərik?

Məhsul haqqında ümumi anlayış:
Pentaftal alkid əsaslı bir komponentli son qat boya olaraq, yüksək parlaqlıga və dekorativ görkəmə malikdir. Boyanın rəngi piqmentlərin seçilməsindən asılıdır.
Tətbiq sahəsi:
Yeni tikimiş iri və kiçik qabaritli metalkonstruksiyalarda, quru və dəniz obyeklərində,nəqliyyat vasitələrində, kənd təsərrüfatı maşın və mexanizmlərində,neft-kimya zavodlarında, sənaye və məişət binalarında, təmir olunan istehsalat sahələrində,hər cür taxta məmulatlarında son qat boya kimi istifadə edilir.Sintetik son qat parlaq boya, düzqün astarlanmış səthlərin üzərinə vurularkən sürtünməyə müqavimətini ,dekorativ görkəmini və parlaqlığını uzun müddət qoruya bilir.
Texniki
göstəricilər: Rəngi: Ral kataloqu üzrə
Parlaqlıq dərəcəsi: 10-15 % (600)
Quru çöküntü: 82±1% (аğırlıqca), 61±1% (həcmcə)
Qalınlıq: 50 mikron quru halda qalınlıq nəm halda
82 mikron qalınlığa ekvivalentdir.
Nəzəri sərf norması: 10,2 m²/litr qalınlıq 50 mikron olduqda.
Praktiki sərf norması: Faktiki itgilər nəzərə alınmalıdır.
Rəngləmə qaydası: Hava ilə püskürtmə,havasız püskürtmə,
yastı və diyircəkli fırça ilə
Quruma müddəti:                  Növbəti qatın rənglənmə müddəti
Temperatur      toz quruma     tam quruma       minimum          maksimummüddəti müddəti
_______________________________________________________________________________________
10ºC            12 saat        36 saat            36 saat         məhdud deyil
15ºC             8 saat         30 saat            30 saat         məhdud deyil
25ºC             7 saat         24 saat            16 saat         məhdud deyil
 
Tənzimləyici məlumatlar:
Alışma tempraturu : 33ºC
Məhsulun sıxlıgı: 1,65-1,720 kq/litr ( rənglə baglı olaraq)
Özlülüyü, KU, 20ºC 126-128
UAB(uçucu üzvi birləşmələr) : ortalama 390 q/litr (UK-PG6/23(92)
Metal səthinin hazırlanması:
Metal səth rənglənmədən əvvəl İSO 8504:1992 il standartina uyğun,yaxud mexaniki olaraq işlənməli,yagsızlaşdırılmalı, toz hissəciklərindən təmizlənməli və qurudulmalıdır. Sintetik mat boya vurulmazdan əvvəl, metal səthlərə astar olaraq Muflon Antikorroziv Astar və ya Muflon Sintetik Astar vurulması tövsiyə edilir. Taxta səthlərə Muifon sellulozik dolgu lakı vurulub və sonra birbaşa iki qat Muflon sintetik son qat mat boya vurula bilər.
Astarlanmış metal səth :
Muflon sintetik mat son qat boya metal səthə təklif olunan rəngləmə sxeminə uyğun vurulmalıdır. Astarlanmış səth quru və təmiz olmalı. Rənglənmə interval müddəti gözlənilməlidir. Zədələnmiş hissələr yenidən işlənməli və astar qatın və ara qatın tam qurumasına əmin olmaq lazımdır.
Zavod şəraitində rənglənən metal :
Tikinti sahəsinə nəql olunmuş metalın səthində kiçik deffektlər yaranarsa həmin hissələr yenidən standarta uyğun işlənməlidir.
Əgər zavod şəraitində rənglənən metalın səthində böyük defektlər aşkar edilərsə səth yenidən abrazivlə tam təmizlənməli,astar və ara qat boyalar yenidən cəkilməlidir.
Rənglənmə :
Boya 5-10 dəqiqə ərzində yaxşı qarışdırılır.Fırça və diyircəkli fırça ilə tədbiqi zamanı boya 10-15%-ı qədər,tapança ilə tətbiqi zamanı 20-30%-ı qədər Corella Sintetik Thinner ilə durulaşdırılır və birgə qarışdırıldıqdan sonra aşağıda göstərlən rəngləmə qaydalarina əməl olunmalıdır.
Təklif olunan rəngləmə qaydaları:
1. Havasız rəngləmə,saplonun diametri 0.53-0.63 mm,rəngtozlandırma zamanı mayenin təziqi 176 kq/ sm²-də az olmamalıdır.
2. Hava ilə rəngləmə, tapança De Vilbss MBC və ya JGA,sıxıcı rezervuar 704 və ya 765, maye üçün ucluq
3. Fırça və ya diyircəkli fırça ilə rəngləmə.
Həlledici: Muflon Sintetik Thinner
Təmizləyici: Thinner T 82.
Rəngləmə işlərini qurtardıqdan sonra boyanın sistemdə qalan hissəsinin borudan,tapançadan və rəng aparatından xaric etmək lazımdır. Təhlükəsizlik tədbirlərinə əsasən tullantılar və istifadə olunmuş qablar ətraf mühitdən təcrid olunaraq, xüsusi ayrilmış yerlərdə saxlanılmalıdır.
Yuyulma qaydası :
İş günü ərzində istifadə olunan lak-boya materialın həcmindən və istifadə olunmasından asılı olaraq avadanlıq işin sonunda Thinner T 82 vasitəsi ilə yuyulub təmizlənməlidir
Məhsulun xüsusiyyətləri:
Muflon Sintetik Mat boya son qat boya kimi təklif olunur. Astarlanmış metal və taxta səthlərin üzərinə vurularaq, səthlərdədə atmosfer təsirlərə müqaviməti və örtücülüyü yüksək, davamiyyətli parlaq örtük yaradır. Növbəti qatın vurulması, atmosfer şərait nəzərə alınaraq, təklif olunan müddətdən sonra icra edilir . Quru halda qalınlıq 45-50 mikron olarsa rəng qatının yararlılığı uzun müddətlidir. Rəngləmə zamanı tələb olunan nəm qatın qalınlıq həddini aşmaq olmaz. Əks halda növbəti qatlar üçün adgeziya zəifləyir və rəngləmə texnalogiyası tam olaraq pozulur. Quru halda qalınlıq 50 mikrondan yüksək tələb olunarsa, hesblamalara əsasən nəm qatın qalınlığını kiçiltməklə rəngləməni bir neçə dəfəyə aparmaq olar.
Diyircəkli və adi fırça ilə rəngləmədə tələb olunan qalınlığı almaq üçün bir neçə dəfə incə qat rəngləmək lazımdır.
Rəngləmə zamanı rənglənən səthin temperaturu minimum 3ºC şeh düşmə nöqtəsindən yuxarı olmalıdır. Məsələn ətraf mühitin temperaturu 10ºC olarsa rənglənən səthin temperaturu 13ºC-dən yüksək olmalıdır ki rəng qatı tam quruyaraq möhkəmliyini alsın.
Bütün sintetik boyalar kimi Muflon  Sintetik Mat boya həm açıq hava şəraitində, həm də daxili məkanlarda istismar edilən səthlərin mühafizəsi üçün nəzərdə tutulur.
Mühafizə örtüyünün uzun ömürlü və parlaq olması üçün, növbəti qatın təklif olunan rəngləmə sxeminə uyğun seçilməsi vacibdir.
Muflon Sintetik Mat son qat boya olaraq Muflon Antikorroziv Astarla astarlanmış metal səthlərin, yaxud Muflon Sintetik Astarla astarlanmış səthlərin üzərinə vurulduqda rəng qatı uzun müddət öz keyfiyyətini itirmir və uzun ömürlü olur.
Öncə görülən təhlükəsizlik tədbirləri:
Muflon Sintetik Mat boya əsasən sənaye tikintiləri üçün nəzərdə tutulduğuna görə sifarişçiyə məhsulla birlikdə təhlükəsizlik tədbirləri haqqında təlimatlar təqdim olunur. Rənglənmiş metal səthində qaynaq işləri aparan zamanı insan orqanizminə təsir edən qaz və toz ayrıla bilər, belə hallarda xüsusi qoruyuculardan və ventelyasiya sistemindən istifadə edilməlidir.
Sağlıq və Təhlükəsizlik şərtləri:
Təhlükə xəbərdarlıqları:
R 10: Alovlana bilər. Parlama nöqtəsi 33ºC
R 20/21/ 22: Udulduqda, dəri və tənəffüs ilə təmasda olduqda saglıga ziyandır.
R 36/37/38 : Qoruyucu eynək və respiratordan istifadə edin.
R 51: Yalnız yaxşı havalandırması olan yerdə istifadə edin
Təhlükəsizlik xəbərdarlıqları:
S 2: Uşaqlardan uzaq yerdə saxlanılmalı.
S 3/7/9 : Sərin yerdə , agzı qapalı, orijinal qablaşdımada saxlanılmalı.
S 16: Yanıcı mənbələrdən uzaq saxlanılmalı.
S 24/25: Göz ,üz və dəri ilə təmasda olmasından qorununulmalı.
S 29: Kanalizasiya və su kanallarına atılmamalı.
S 46: Dəriyə və gözə düşdükdə cox miqdarda su və sabunla
yuyulmalı, udulduqda həkimə müraciyət edilməlidir
Məhsulun qablaşdırılması: 0,75 litrə, 2,5 litrə, 15 litr
Saxlama şərtləri:
Saxlama müddəti: 5-35ºC-də minimum 3 il, istifadə müddəti bitdikdə mütəxəssis tərəfindən yoxlanılaraq rəy bildirilməlidir.
Saxlama şəraiti:
Havalandırmasi olan anbarlarda, agzı baglı original qablaşdırmada , quru və sərin yerdə.
Diqqətinizə çatdırılır: Məhsuldan istifadə edən şəxslər bu sahə üzrə mütəxəssis olmalı və əlavə məlumatları tam bilməlidir. İlk dəfə istifadə etdikdə istehsalçı ilə məsləhətləşməli və nəzəri məlumatları əldə etmək, təlimatlarlı oyrənmək vacibdir.
 
Bənzər məhsullar
Sintetik mat
Əlaqə qurun

+99450 201-99-22 / +99455 201-99-22 / e-mail: marketing@nbgroup.az

veb saytların hazırlanması, veb sayt dizaynıseo xidməti, google optimizasiyası

sizma tualet su sızır turba sızıntı kombi təmir xidmət usta boru ev Santexnik