Necə kömək edə bilərik?

Rənglərin möcüzəsi - həyatımızda rənglərin yeri

08 İyul 2016
Rənglərin möcüzəsi - həyatımızda rənglərin yeri

Rənglər həyatımızın ayrılmaz hissəsidir. Biz adətən gördüyümüz əşyaları, məkanı rənglər vasitəsilə qəbul edirik. Həmin rənglərdən asılı olaraq reaksiyamız da ona uyğun olaraq dəyişə bilir. “Rənglər və zövqlər müqaisə olunmur” deyirlər. Bu baxımdan kimin hansı rəngə üstünlük verməsi həmin şəxsin öz daxili hisslərinə, psixoloji durumuna əsaslanır. Lakin ümumiləşdirmə aparsaq aşağıdakı nəticələrə gəlmək olar. 

Bizə məlum olan bütün rənglər 3 qrupa ayrılır:
Birinci qrup: Qırmızı, mavi və sarı. Bu rəngləri əldə etmək üçün digər rənglərin qarışımı işimizə yaramır. Bu rənglər heç bir rəngin qarışımından alına bilmir. 
İkinci qrup rənglər: Narıncı, bənövşəyi və yaşıl. Bu rənglər bərabər miqdarda qatılan iki ana rəngin qarışımından əldə edilə bilər. Qırmızı ilə sarının birləşməsindən narıncı; mavi ilə qırmızının birləşməsindən bənövşəyi, mavi ilə sarının birləşməsindən yaşıl əldə edilir. 
Üçüncü qrup rənglər: Bu rənglər birinci və ikinci qrup rənglərin fərqli nisbətlərdə qarışımından əldə edilən rənglərdir Bəzi məkanlar üçün tövsiyə edilən rənglər vardır.. Məsələn boz rəng mətbəx və yemək yeyilən yerlər üçün uyğun rəng hesab olunur. Mavi və yaşıl rəng yataq otaqları üçün uyğundur. Rənglər öz tamamlayıcı rəngləri ilə çox yaxşı tandem yaradırlar. Məsələn mavinin tamamlayıcı rəngləri sarı, yaşıl və ağ rəngdir. Əgər yataq otağı üçün mavi rəng seçilibsə qapılar, çərçivələr sarı, yaşıl və ya ağ rəngə boyanarsa uğurlu alınar. Açıq rənglər məkanı olduğundan daha geniş və havalı göstərir.
Rənglərin insanın psixoloji vəziyyətləri üzərində təsirləri də vardır. Məsələn ağ rəng insanda yetərlilik hissi yaradır, qırmızı rəng xəbərdaredici, sarı rəng məkanı işıqlandırır və istilik bəxş edir, yaşıl rəngin tonları ətrafa təbiət abu havası və təmizlik hissi bəxş etməkdə yardımçı olur,  qəhvəyi rəng də torpağı xatırladır, mavi dənizlərin və səmanın rəngidir insana bir sərinlik bəxş edir. 
Boyaların insan üzərində olan təsirləri fiziki və psixoloji olaraq iki yerə ayrılır. Fiziki olaraq məkanı böyük və ya kiçik göstərmək, məkanı olduğundan isti və ya sərin göstərmək, divari irəlilətmək, tavanı alçaltmaq kimi təsirlərini göstərmək olar. Estetik olaraq isə;  rahatlıq verən, xəbərdar edən, sevinc və ya kədər hissi bəxş edən, modern və klassik kimi modellərdə cəmləşdirmək olar. Qırmızı, narıncı və sarı bir istilik hissi yaradırlar  və gördüyünüz zaman sizə doğru gəlirlərmiş kimi effekt verirlər. Mavi, yaşıl və bənövşəyi rənglər sərin rənglərdir. Gördüyünüz zaman sizdən uzaqlaşırmış kimi hiss bəxş edirlər. Açıq rəngli boyalar daha çox işıq əks elətdirir və sizə daha çox pozitiv hisslər yaşadır. Açıq rəngli boyalar məkanı daha geniş göstərirlər. Tünd rəngli boyalar isə işiğı əmir və əşyaları daha yaxın göstərirlər və əgər geniş məkanlarda istifadə edilərlərsə insan üzərində bir sıxıntı hissi qoyurlar. Tünd rənglər məkanı olduğundan daha kiçik göstərirlər. Parlaq rənglər də əşyaları olduğundan böyük göstərirlər. 
Boyanın rəngini seçərkən məkanın şəkili, böyüklüyü, duruşu və aydınlıq olub-olmaması diqqət edilməli məqamlardır, Rənglər memarlıq vəziyyətini dəyişmək üçün də uğurla istifadə oluna bilir. Məsələn, bir məkanın küncləri tünd rəngə boyanaraq həmin məkan kub şəklində göstərilə bilər  və ya yüksək bir tavan tünd rəngə boyanarsa alçaqmış kimi görünüş verə bilər. Parlaq işığa məruz qalan hissələr tünd rəngə boyanmalı; işıq almayan məkanlar isə açıq rəngə boyanarsa daha uyğun olar. Yemək otaqları iştahı öldürməmək xatirinə isti rəngə boyanılarsa daha uğurlu olar. Oturma otaqları rahatladıcı olan mavi və ya bənövşəyi rənglərin açıq tonlarına boyanması məsləhətdir
Səthlər boyalardan istifadə edilərək irəli və ya geri hərəkət etdirilə bilər. Parlaq və isti rənglər, məsələn sarı, narıncı və qırmızı rənglər yaxınlaşdırıcı rənglər hesab olunur. Uzaq məsafədən belə bu rənglər asanlıqla seçilə bilir  və etibarlılıq hissi verir. Sərin və açıq rənglər məsaən mavi boz, yaşıl rənglər uzaqlaşdırıcı rənglər hesab olunur. Bu rənglər uzaqdan maviyə çalan bir rəng kimi görünürlər. Açıq rənglər daha çox rəng əksetdiricilərdir. Məkandakı dərinlik hissini alırlar. 
Parlaq rənglər əşyaları daha iri göstərsə də, açıq rənglər əşyaları olduğundan daha uzaqda göstərir. 
Əgər məkan kiçikdirsə açıq rənglərdən istifadə etməyiniz daha məqsədəuyğundur. Hər hansı bir məkanda fərqli rənglərin bir yerdə istifadəsi zamanı onların uğurlu tandeminin əldə edilməsinə diqqət edilməlidir. Boya istifadə edilmədən qabaq həm gündüz həm də gecə yoxlanılmalıdır. Çünki bəzi boyalar təbii işıqdan fərqli olaraq süni işıqda daha fərqli görünə bilərlər. 
 
.
Rənglərin möcüzəsi - həyatımızda rənglərin yeri

Rənglərin möcüzəsi - həyatımızda rənglərin yeri

Rənglər həyatımızın ayrılmaz hissəsidir. Biz adətən gördüyümüz əşyaları, məkanı rənglər ...

Boya alarkən hansı məqamlara diqqət yetirməli ?

Boya alarkən hansı məqamlara diqqət yetirməli ?

Boyanın performans göstəricisi örtdüyü sahə və örtücülük xüsusiyyətləri ilə ...

Əlaqə qurun

+99450 201-99-22 / +99455 201-99-22 / e-mail: marketing@nbgroup.az

veb saytların hazırlanması, veb sayt dizaynıseo xidməti, google optimizasiyası

sizma tualet su sızır turba sızıntı kombi təmir xidmət usta boru ev Santexnik