Necə kömək edə bilərik?

Boya alarkən hansı məqamlara diqqət yetirməli ?

08 İyul 2016
Boya alarkən hansı məqamlara diqqət yetirməli ?

Boyanın performans göstəricisi örtdüyü sahə və örtücülük xüsusiyyətləri ilə müəyyən olunur. Boya alarkən diqqət yetirilməli məqam boyanın örtdüyü m²-dir. Boyanı bir qat vurarkən örtdüyü sahə nə qədər yüksəksə, istifadə ediləcək boya miqdarı da o nisbətdə aşağı olacaq. 

Boya çəkildikdən sonra  boyanan səthin performans göstəriciləri sərtlik, elastiklik zərbə və aşınma müqaviməti, yapışma qabiliyyəti, atmosfer dəyişikliklərinə dözümlülük kimi amillər sayılır.
Təmir zamanı boyama lazım olan yerlər fasad və interyer olduğu üçün bu boyaların da xüsusiyyətlərinə diqqət yetirin.
FASAD
Fasad boyaları mükəmməl yayılma, örtücülük və istifadə rahatlığına malikdir.  Tətbiq edildikləri səthə mükəmməl yapışır və dəyişkən hava şəraitinin mənfi təsirlərinə qarşı son dərəcə dözümlüdürlər. Mikro hava kanalcıqları binaların nəfəs almasını təmin edir.
Fasad  boyaları silikon və akril bağlayıcılar əsasında hazırlanır.Bu boyalar beton, kərpicdən olan xarici səthlərə, həmçinin suvaqlı səthlərə tətbiq olunur. Fasad boyaları üçün əsas tələb  xarici mexanik təsirlərə, çirklənməyə,ultrabənövşəyi şüalara  və atmosfer təsirlərinə  qarşı möhkəm olmasıdır. Akril əsaslı fasad boyalarını həm yeni, həm də köhnə səthlərə tətbiq etmək olar. Amma  köhnə və boyalı səthlərdə istifadə zamanı boyanacaq səth, çirkdən və köhnəlmiş boya qalıqlarından təmizlənməlidir.
Akril əsaslı fasad boyalarının əsas üstünlükləri elastikliyi, davamlılığı, havakeçirməzliyi, suyadavamlılığı, qələvi təsirə və sürtünməyə qarşı davamlılığı və ekoloji cəhətdən təmiz olmasıdır.Akril əsaslı boyalar asan yuyulur və səthə mükəmməl yapışır.Gözəl görünüşə nail olmaq üçün tekstur fasad boyalarından istifadə etmək olar. Bu boyalar səthin nahamarlıq və qüsurlarını məharətlə örtür. Tərkibindəki piqmentlər sayəsində müxtəlif rəng çalarına malik tekstur fasad boyaları səthi effektiv və orijinal edir.
 
Daha müasir sayılan silikonlu fasad boyaları isə buxarkeçirmə qabiliyyətinə malikdir.Həmçinin bu boyaların tərkibi  rütubətin səthi islatmasına imkan vermir. Akril polimerlərindən fərqli olaraq, silikon qatranları termoplastik olmadığı üçün temperaturun  yüksəlməsindən yumşalmırlar. Su itələyici keyfiyyəti bu boya ilə rənglənən səthin çirklənməsinə imkan vermir.Yüksək elastikliyə malik bu boyalar  səthdəki eni 2 mm-ə dək olan çatları örtə bilir, həmçinin mikroorqanizmlərin inkişafına yol vermir, ona görə bu boyalardan istifadə zamanı hansısa əlavələrə ehtiyac yoxdur.
INTERYER  BOYALARI:
İnteryerdə boyaya ehtiyac olan  yerlər, divarlar tavan və döşəmədir. İnteryer boyası üçün əsas tələblər yuyula bilməsi, rütubətədavamlılığı, elastiklik və dağılmazlığıdır. İnteryer boyaları da akrillik kopolimer emulsiya əsaslı ,silikon əsaslı, sintetik və sellülozik olur.
Sintetik boyalar tezquruyur və quruduqdan sonra səth parıltılı olur. Bu boyalar atmosfer, su və sabun kimi vasitələrin təsirinə qarşı davamlıdırlar .
Sintetik boyalar sırasından olan sellülozik boyalar taxta və dəmir səthlərin üzəri üçündür. Bu boyalar tez quruyur və çəkildikdən sonra bir saat ərzində nazik qat əmələ gətirir, ona görə boyama prosesində bir neçə qat çəkmək lazımdır.
 
.
Rənglərin möcüzəsi - həyatımızda rənglərin yeri

Rənglərin möcüzəsi - həyatımızda rənglərin yeri

Rənglər həyatımızın ayrılmaz hissəsidir. Biz adətən gördüyümüz əşyaları, məkanı rənglər ...

Boya alarkən hansı məqamlara diqqət yetirməli ?

Boya alarkən hansı məqamlara diqqət yetirməli ?

Boyanın performans göstəricisi örtdüyü sahə və örtücülük xüsusiyyətləri ilə ...

Əlaqə qurun

+99450 201-99-22 / +99455 201-99-22 / e-mail: marketing@nbgroup.az

veb saytların hazırlanması, veb sayt dizaynıseo xidməti, google optimizasiyası

sizma tualet su sızır turba sızıntı kombi təmir xidmət usta boru ev Santexnik