Necə kömək edə bilərik?

Boyama sonrası təmizlik

08 İyul 2016
Boyama sonrası təmizlik

Əgər boyama işindən əvvəl boyanacaq sahələr düzgün şəkildə hazırlanmışsa sizə boyana işindən sonra yalnız polietilen sellafanları çıxarmaqla kifayətlənməli olacaqsınız. 

 
Hər boyama işindən sonra fırçaların və ruloların düzgün şəkildə təmizliyini etmiş olsanız onların üzün müddət sizə xidmət etməsinin şahidi olacaqsınız.. 
Su əsaslı boyaları fırçanızdan çıxarmaq üçün təmiz və ilıq suda yaxalamanız kifayətdir. Yağlı boyaları isə öz növünə uyğun tinerlə (incəldici) ilə təmizləməniz lazım gələcək. Yəni sintetik əsaslı boyaları çıxarmaq üçün sintetik sellülozik əsaslı boyaları çıxarmaq üçünsə sellülozik tinerə ehtiyac var. Su əsaslı boyaları fırçadan təmizləmək üçün boyama işi bitən zaman həmin vaxt gecikmədən suya daxil edilməlidir. Əks halda digər həlledicilər vasitəsilə çıxarmaq məcburiyyətində qalacaqsınız. 
 
Yağlı boyaları fırçadan təmizləmək üçün metal qaba 5 sm qədər tiner əlavə edin və kirli fırçanı qabın içərisində dairələrlə hərəkət etdirərək təmizləyin. Daha sonra fırçada qalan boyanı qabın kənarlarına sütrərək təmizləməniz lazımdır. Bundan sonra fırçada boya qalırsa həmin boya təmiz bez vasitəsilə silinməlidir. 
 
Dərindən təmizlik üçün rulolara fırçadan daha çox vaxt ayrılmalıdır. Su əsaslı boyaları daha tez və təmiz etmək üçün ilıq suya biraz təmizləyici toz da əlavə edə bilərsiniz. 
 
Tinerlərlə çalışma zamanı mütləq plastik əlcəklərdən istifadə edin! 
 
Təmizlik bitdikdən sonra istifadə olunmuş tinerləri bir qaba doldurub ağzı bağlı şəkildə tezalışan maddılırdın uzaq bir məkanda saxlamağı unutmayın.. 
 
Əllərinizi təmizləmək üçün tiner istifadə etməyin!  Boyamadan öncə əllərinizi nəmləndirici ilə ovmanız tökülən boyanın asanlıqla çıxmasını təmin edəcəkdir., 
 
.
Rənglərin möcüzəsi - həyatımızda rənglərin yeri

Rənglərin möcüzəsi - həyatımızda rənglərin yeri

Rənglər həyatımızın ayrılmaz hissəsidir. Biz adətən gördüyümüz əşyaları, məkanı rənglər ...

Boya alarkən hansı məqamlara diqqət yetirməli ?

Boya alarkən hansı məqamlara diqqət yetirməli ?

Boyanın performans göstəricisi örtdüyü sahə və örtücülük xüsusiyyətləri ilə ...

Əlaqə qurun

+99450 201-99-22 / +99455 201-99-22 / e-mail: marketing@nbgroup.az

veb saytların hazırlanması, veb sayt dizaynıseo xidməti, google optimizasiyası

sizma tualet su sızır turba sızıntı kombi təmir xidmət usta boru ev Santexnik